Yuxarı

19 kəndi birləşdirən yol ilk dəfə təmir edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçalanın 19 kəndini əhatə edən 47 km-lik yol yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, Xolqaraqaşlı marşrutu üzrə 47 km uzunluğunda avtomobil yolunun yenidən qurulmasına start verilib.

Yol uzun müddət istismar olunmasına baxmayaraq, heç vaxt əsaslı şəkildə təmir edilməyib. Neftçala-Xolqaraqaşlı yolu 4-cü texniki dərəcəyə uyğun bərpa edilir. Bunun üçün yolun deformasiyaya uğramış hissələri 200 min kub metr sahədə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yolun profilə salınması işləri görülür. Asfaltlanma işləri 280 min kv/m sahəni əhatə edəcək.

Artıq yola 378 paqon-metr müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası işləri aparılıb.

Tarix
2018.04.17 / 10:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla