Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyul 2018


Surxay məni biabır edəcəyini dedi – Reket jurnalistin işi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Axar.az xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının istəyi ilə təqsirləndirilən S.Məmmədsalayevanın ifadəsi elan edilib.

Məlum olub ki, o, istintaqa ifadəsində 2002-2006-cı illərdə "Ədalət" qəzetində, 2006-2013-cü illərdə "Haqqın səsi" qəzetində, sonra isə "Bizim Dövr" qəzetində qeyri-rəsmi işləyib.

O bildirib ki, 2014-cü ildə hədə-qorxu gəlməkdə ittiham edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. Həbs edilməyimin səbəbkarı S.Əliyev və H.Nəcəfli olub: "Mən boşanandan sonra M.A. (ad, soyad şərti) ilə sevgi münasibətləri yaşamışam. Bir müddət sonra ondan ayrıldım. Surxay məni otağına çağırıb təhqir etdi, M.A. ilə olan intim münasibətlərimi açıqlayıb hamının yanında biabır edəcəyini dedi. Sonra mənə söylədi ki, "gözəl qadınsan, bundan sonra mənim üçün işləyəcəksən". Surxay vəzifəli şəxslər və biznesmenlərlə görüşüb, intim münasibət yaşayacaqsan, onları gizli videoya çəkib, sonra çantaj edərək pul alacağımızı dedi. O, mənə tapşırdı ki, rayonlardan birinin təhsil şöbəsinin müdiri S.A. (ad, soyad şərti) ilə görüşüb, intim əlaqədə olum və bunu videoya çəkim. Onun saxta diplomla vəzifədə olması və qadın düşkünü olduğunu dedi".

S.Məmmədsalayeva qeyd edib ki, daha sonra rayonlardan birinin JEK müdiri olan V.Ə ilə münasibət qurub: "O mənə Votsapda intim görüntülərini göndərdi. Mən də Surxaya bunu dedim. O V.Ə-ni şantaj edib 10 min manat almışdı. Bunu Surxay deməsə də, M.Ə özü mənə demişdi".

Daha sonra prosesdə təqsirləndirilən şəxslərin vəkilləri zalda jurnalistlərin olduğunu bildirib.

Jurnalistlər zaldan çıxarılıb və hazırda proses qapalı olaraq davam etdirilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, haızrda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Daha sonra "Gündəlik Bakı" qəzetinin baş redaktoru H.Vəliyevin cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə baxılır.

G.Əliyeva "İlk xəbər" saytının, M.Abbasov isə "Kriminal" qəzetinin baş redaktoru olub.

Tarix
2018.04.17 / 12:07
Müəllif
Hacı Zeynalov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Zəif nəticə göstərən abituriyentlər belə məhv edilir

Sosial şəbəkələrdə avtoxuliqanlıq təbliğ edilir - Video

Şəhidimiz dəfn edildi - Yeniləndi

Goranboyda ilkə imza atan abituriyent danışdı

Bakı metrosundan 6 ayda 118 milyon adam istifadə edib

Bakıda velosiped oğrusu tutuldu

İran üçün minlərlə şəhid vermişik, amma… - Qazipur

Polis oğru yeniyetmələri saxladı

Lənkəranda avtomobil körpüdən aşdı

Dağıstanda qəza: 10 azərbaycanlı yaralandı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla