Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Oktyabr 2018


Heydər Əliyevin təltif etdiyi qəhrəman yad edildi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə düşmənə əsir düşməmək üçün özlərini partladan Azərbaycan Ordusunun yeddi kəşfiyyatçısından biri, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş şəhid Dinar Mustafayevin anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, Şəmkir Heydər Əliyev Mərkəzinin layihə rəhbəri Arzu Həsənova, şəhid olmuş kəşfiyyatçıların ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə 1997-ci ildə əsir düşməmək üçün özlərini partladan yeddi kəşfiyyatçının döyüş qəhrəmanlığından danışılıb və onlar üçün çəkilən film təqdim edilib.

“İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunacaq və Dinar da daxil olmaqla bütün şəhidlərimizin ruhu şad olacaq”, - Q.Paşayeva bildirib.

Tədbirdə çıxış edən Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev rayonda şəhid ailələri, müharibə əlilləri ilə bağlı görülən işlərdən danışıb və onların hər zaman xüsusi diqqət mərkəzində olduğunu deyib.

Tədbirin sonunda şəhid Dinar Mustafayevin əziz xatirəsinə hazırlanmış fotoalbom şəhidin ailəsinə və digər qonaqlara təqdim olunub.

Millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrlərindən Aida Eyvazlı qəhrəman şəhidin ailəsi ilə də geniş söhbət ediblər.

Qeyd edək ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla ermənilərin işğal altındakı Füzuli rayonuna göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıtsa da, ikinci qrup düşmənin mühasirəsinə düşüb. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Kəşfiyyatçılar düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq və huşsuz vəziyyətdə əsir düşərək sağ qalıb.

Tarix
2018.04.17 / 18:11
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

İlham Əliyev Astaraya getdi - Foto

Sürüşmə zonasında son durum: gərginlik davam edir

Azərbaycanlıların nazir təyin olunması gözardı edilir – Millət vəkili

Cahangir Hacıyevlə birgə ona da cinayət işi başlanıldı

Bərdədə dəhşət: dostunu güllələyərək öldürdü - Video

Nazir Rzayevi işdən çıxardı - Yeni təyinat

Telman İsmayılovun bacısı oğlu azadlığa buraxılır

Yaponlar dedi ki, bu evlər sökülsün - Abutalıbov

Sürücülərin diqqətinə: bu istiqamətə yol açıldı

Bakıda reyd: 14 sərxoş sürücü və 3 avtoş...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla