Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Oktyabr 2018


Heydər Əliyevə həsr olunmuş konfransın növbəti iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Axar.az xəbər verir ki, konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” mövzusunda konfransın bölmə iclasları keçirilib.

Aprelin 16-da isə Türkiyənin Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda konfransın daha bir bölmə iclası keçirilib.

Açılış mərasimində hər iki ölkənin dövlət himni səslənib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda keçirilən bölmə iclası ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub. Azərbaycan Dillər Universiteti və Ərciyəs Universitetlərindən bəhs edən video-rolik nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Ərciyəs Universitetinin rektoru professor Məhəmməd Güvən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş mötəbər konfransın təşkilatçılarına, o cümlədən Azərbayan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya minnətdarlığını bildirib. Rektor qeyd edib ki, Azərbaycanla Türkiyə qardaş ölkədir və bu cür tədbirlər universitetlərarası əlaqələri daha da inkişaf etdirir, hər iki ölkə universitetlərini təhsil və elm sahəsində uğurlu nailiyyətlərə doğru aparır. O, türk dünyasının böyük lideri Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndərin “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq Türkiyə-Azərbaycan münasibətlərinin tarixi köklərindən bəhs edib.

ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfrans haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, Ulu Öndər dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərib, o cümlədən dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını, ümumən dünyanı əhatə edib: “Heydər Əliyevin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Türkiyə münasibətləri günü-gündən inkişaf edir və iki qardaş ölkə tarixi layihələrə imza atır”.

Ərciyəs Universitetinin professoru Mehmet Öcəl Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövlərdən bəri qonşu dövlətlərlə, o cümlədən türk dövlətləri ilə əlaqələrin daha da möhkəmlənməsi istiqamətində apardığı işlərdən bəhs edib. Professor bildirib ki, Heydər Əliyev Türkiyə ilə qardaşlıq bağlarını möhkəmlətməklə bərabər, Mərkəzi Asiyadakı türk respublikaları ilə sıx əməkdaşlığı da daima prioritet sayıb.

Bölmə iclasında Azərbaycan Dillər Universitetinin dosenti Ədalət Abdiyeva və dosent Sevdagül Əliyeva, Necmettin Ərbakan Universitetinin dosenti Günnər Özkan, Kadir Has Universitetinin professoru Mustafa Aydın, Çankırı Karatəkin Universitetinin dosenti Əlisamir Mərdan, Ərciyəs Universitetinin professoru Qafar Çakmaklı və dosent Əlif Şimşək Özkan məruzlərlə çıxış ediblər.

Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edilib.

Konfransın işində Azərbaycan və Türkiyə universitetlərindən bir çox professorlar iştirak edib. Konfrans öz işini 2 seksiyada davam etdirib.

Tarix
2018.04.17 / 18:49
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İlham Əliyev Astaraya getdi - Foto

Sürüşmə zonasında son durum: gərginlik davam edir

Azərbaycanlıların nazir təyin olunması gözardı edilir – Millət vəkili

Cahangir Hacıyevlə birgə ona da cinayət işi başlanıldı

Bərdədə dəhşət: dostunu güllələyərək öldürdü - Video

Nazir Rzayevi işdən çıxardı - Yeni təyinat

Telman İsmayılovun bacısı oğlu azadlığa buraxılır

Yaponlar dedi ki, bu evlər sökülsün - Abutalıbov

Sürücülərin diqqətinə: bu istiqamətə yol açıldı

Bakıda reyd: 14 sərxoş sürücü və 3 avtoş...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla