Yuxarı

Bu marşrut avtobuslarının istiqaməti dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə Xaliq Faiqoğlu MMC-nin istismarında olan 4 marşrut avtobusunun hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Axar.az-a şirkətdən məlumat verilib. Məlumatda bildirilir ki, yarışlarla əlaqədar Bakıda ümumi 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək:

"Hərəkət sxemində müəyyən dəyişikliklər ediləcək marşrut xətləri arasında Xaliq Faiqoğlu MMC-nin istismarında olan 18, 37, 61 və 65 saylı marşrut xətləri də var. Yarış başa çatanadək qeyd edilən xətlər üzrə fəaliyyət göstərən avtobuslar şəhərin mərkəzində bu küçələrlə hərəkət edəcək:

18 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi – Bünyad Sərdarov küçəsi – Hüseyn Seyidbəyli küçəsi – Mehdi Hüseyn küçəsi.

37 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi – Bünyad Sərdarov küçəsi – Hüseyn Seyidbəyli küçəsi – Nəriman Nərimanov küçəsi.

61 saylı marşrut xətti: Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi.

65 saylı marşrut xətti: Füzuli küçəsi – Mirzağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Səməd Vurğun küçəsi – Füzuli küçəsi – Şıxəli Qurbanov küçəsi.

Tarix
2018.04.19 / 16:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla