Yuxarı

25 nəfərin yandığı mərkəzdən 3 nəfər qovuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.04.19, 16:38

Respublika Narkoloji Mərkəzinin iki əməkdaşı işdən çıxarılıb.

Report-un məlumatına görə, mərkəzin şöbə müdiri, həkim-narkoloq Afət Məmmədova və yanğın təhlükəsizliyi üzrə mühəndis Mahir Həsənov vəzifədən kənarlaşdırılıblar.

Bununla bağlı əmrləri Respublika Narkoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Aytən Səmədova imzalayıb.

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə mərkəzin direktoru Telman Məmmədhəsənov da tutduğu vəzifədən azad edilib. Mərkəzin direktoru vəzifəsini Aytən Səmədova icra edir.

Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Hadisə nəticəsində 25 nəfər yanaraq ölüb. Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb. Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov yanğını törətməkdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Hadisənin baş vermə mexanizmi və mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də iş üzrə kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunub.

Tarix
2018.04.20 / 13:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla