Yuxarı

Milli Məclis təsdiqlədi: Yeni baş nazirin ilk çıxışı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.04.20

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.

Bu barədə Axar.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, iclas saat 12:00-da başlayacaq.

A.Təvəkkül iclasda müzakirə olunacaq məsələ barədə danışmayıb.

Qeyd edək ki, Report iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənəcəyinin gözlənildiyi haqda məlumat yaymışdı.

***

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisə baş nazir haqqında təqdimatı müzakirə edilir.

Spiker Oqtay Əsədov bildirib ki, bu gün gündəlikdə yalnız bir məsələ var:

“Aprelin 11-də ölkəmizin siyasi həyatında baş vermiş hadisənin sevincini yaşayırıq. İlham Əliyevin yenidən prezident seçilməsi ona olan sonsuz inamın nəticəsidir. Hər biriniz adından cənab Prezidenti təbrik edib, ona işlərində uğur arzulayırıq. Prezident andiçmə mərasimini Milli Məclisdə keçirdi. Bu da Milli Məclisə olan etimadın nəticəsidir. Milli Məclis adından Prezidentə təbrik teleqramı göndəriləcək”.

Spiker Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun baş nazir vəzifəsinə təyin edilməsi barədə iclas iştirakçılarına məlumat verib. O.Əsədov Prezidentin yeni baş nazir təyinatı ilə bağlı təqdimat məktubunu oxuyub:

“Məktubda bildirilib ki, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Baş nazir vəzifəsinə təklif edilir”.

Hazırda millət vəkillərinin müzakirəsi davam edir.

***

İlk çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Novruz Məmmədovun xarici siyasətdəki prinsipial mövqeyindən danışıb və onun namizədliyini dəstəklədi.

YAP-çı millət vəkili Siyavuş Novruzov da çıxış edərək, Novruz Məmmədovun dövlətçilik qarşısında xidmətlərini sadaladı. O, Prezident, YAP sədri İlham Əliyevin təqdim etdiyi namizədi bütün YAP-çı millət vəkillərinin dəstəklədiyini açıqladı və YAP üzvü olmayan deputatları N.Məmmədovun lehinə səs verməyə çağırdı.

***

Millət vəkili, akademik İsa Həbibbəyli çıxışında Novruz Məmmədovun dəyərli alim olduğunu qeyd etdi. Bildirdi ki, N.Məmmədov sədaqətli, prinsipial və aydın mövqeli şəxsdir:

"O, bütün varlığı ilə Ulu öndər Heydər Əliyevin siyasətinə sədaqətlidir".

İ.Həbibbəyli də həmkarlarını N.Məmmədovu dəstəkləməyə çağırdı.

***

20 nəfərin çıxışa yazıldığını bildirən Oqtay Əsədov çıxışların kəsilməsini xahiş etdi və N.Məmmədovun namizədliyini səsə qoydu.

***

Novruz Məmmədov Milli Məclisin iclasında iştirak edən 113 deputatın hamısının dəstəyi ilə (əleyhinə və bitərəf yoxdur) baş nazir vəzifəsinə təqdiqləndi.

***

N.Məmmədov baş nazir kimi ilk çıxışını edir...

***

Novruz Məmmədov etimada görə Prezident İlham Əliyevə və millət vəkillərinə təşəkkür etdi. Bildirdi ki, üzərinə düşən bu ağır məsuliyyəti ləyaqətlə daşımaq üçün əlindən gələni edəcək.

N.Məmmədov məsuliyyətli işində həmkarları, xüsusilə Milli Məclislə sıx işləyəcəyini vurğuladı.

Bütün sahələrdə Azərbaycanın böyük uğurlar əldə etdiyini deyən yeni baş nazir qeyd etdi ki, son illərdə həyata keçirilən yeni transmilli layihələr ölkəmizin nüfuzunu artırıb, gələcəyini aydınlaşdırır:

"Bugünə qədər ölkəmizin əldə etdiyi uğurların daha da genişlənməsi üçün biz birlikdə çalışacağıq".

Tarix
2018.04.21 / 12:25
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla