Yuxarı

Bakıda müsəlman dünyasının nadir hadisəsi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bütün müsəlman dünyası üçün örnək ola biləcək hadisə iki ildən çoxdur yaşanır. Söhbət Bakıda Heydər məscidində qılınan vəhdət namazından gedir. Artıq iki ildir ki, "vəhdət namazı" adlandırılan birgə namazda bütün məzhəblərdən olan müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar edirlər. Hazırda müsəlman dünyasında məzhəb ayrılığı, dini zəmində nifrətin olduğu bir zamanda Bakı təcrübəsi əslində təbliğ olunası, bütün müsəlman aləmində örnək alınası bir hadisədir.

Məhz bu səbəbdən də Türkiyə, Misir və digər müsəlman ölkələrindən gələn jurnalistlər, din xadimləri vəhdət namazını heyranlıqla qarşılayır.

Axar.az xəbər verir ki, cümə günü Musavat.com-un çəkiliş qrupu Heydər məscidində olaraq vəhdət namazını izləyib. Ənənəvi olaraq müxtəlif məzhəblərdən olan müsəlmanlar məsciddə birgə namaz qılıblar, namazda turistlər də iştirak edib.

Şəhər sakinləri məsciddə mehriban atmosferin olduğunu, hər kəsin birlik və mehribançılıq içərisində olduğunu deyiblər.

Qeyd edək ki, məscid kompleksi 2014-cü ildə istifadəyə verilib. Heydər məscidi Qafqazda ən böyük məsciddir. Minarələrinin hündürlüyü 95 metrdir. Dörd minarəli məscidin minarələrində lift işləyir. Məsciddə təxminən 5000-7000 nəfər eyni vaxtda ibadət edə bilər.

Tarix
2018.04.20 / 22:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla