Yuxarı

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb.

Fonddan Axar.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində olub.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub, 2006-cı ildə isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən bina yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib.

Hazırda məktəbdə 306 şagird təhsil alır. Onlardan 135 nəfəri məktəbdə daimi olaraq qalır. Leyla Əliyeva internat məktəbindəki şəraitlə tanış oldu, eyni zamanda Fond tərəfindən yaradılan sinifdə uşaqlarla görüşərək onların təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanıb.

Xatırladaq ki, Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində məktəbdə uşaqlar üçün xüsusi sinif yaradılıb. 2007-ci ildə açılışı olan sinfə Fond tərəfindən müvafiq tədris vəsaitləri, kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış komyuterlər hədiyyə edilib. Burada, həmçinin audio studiya və kitabxana var. Bildirilib ki, Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı burada kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək, musiqiyə qulaq asmaq, internetə bağlanmaq, məktublaşmaq mümkündür. Daha sonra internat məktəbinin şagirdləri, o cümlədən Rusiyada müxtəlif veriliş və festivallarında iştirak edən istedadları öz ifalarını təqdim edib.

Tarix
2018.04.20 / 22:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla