Yuxarı

Prezidentdən Artur Rasizadə ilə bağlı - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Artur Rasizadənin uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyini qeyd edərək onun ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmlə çalışdığını bildirib. Qeyd olunub ki, Artur Rasizadə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə də müstəqilliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin böyük uğurlar qazanması istiqamətində səylərini əsirgəməyib.

Axar.az xəbər verir ki, Artur Rasizadə fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev kursunu uğurla davam etdirən İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə ölkəmiz sosial-iqtisadi sahənin bütün istiqamətlərində misli görünməmiş nailiyyətlər əldə edib və beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Prezident İlham Əliyev Artur Rasizadəyə Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib.

Artur Rasizadə göstərilən qayğı və diqqətə görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevə xalqımızın rifahı və firavanlığı naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Tarix
2018.04.21 / 09:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla