Yuxarı

Oqtay Şirəliyevdən bu şəxslərlə bağlı sərəncam

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nı təsdiq edib.

Trend xəbər verir ki, O.Şirəliyevin bununla bağlı verdiyi əmrə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların informasiya modulu vasitəsi ilə “ASAN ödəniş” sisteminə daxil edilməsi təmin ediləcək.

Əmrdə qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 210, 225.1, 428.4, 428.4-1 və 452-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Hüquq və daxili nəzarət sektorunun müdiri baxacaq.

Məcəllənin 211, 212.2 (inzibati icraata Səhiyyə Nazirliyi tərəfindən başlandığı halda), 216, 217, 218, 219, 220 və 265-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, onun müavinləri, yerli bölmələrin direktoru və müavinləri, Məcəllənin 213.0.1 və 2 13.0.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Səhiyyə Nazirliyinin baş məsləhətçi-mətbuat katibi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, onun müavinləri, yerli bölmələrin direktoru və müavinləri, Məcəllənin 213.0.2, 213.0.3 və 214-cü maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Tibbi yardımın təşkili şöbəsinin müdiri səlahiyyətli şəxslər kimi müəyyənləşdirilib.

Məcəllənin 215-ci maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə səhiyyə naziri, səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, Tibbi yardımın təşkili şöbəsinin müdiri, Hüquq və daxili nəzarət sektorunun müdiri səlahiyyətli şəxslər kimi müəyyən edilib.

Tarix
2018.04.22 / 17:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla