Yuxarı

Aeroport yolunun hərəkət hissəsi daraldıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava limanı ilə paytaxtı birləşdirən yolun bir hissəsi təmirə bağlanıb.

Real TV-nin məlumatına görə, təmir-tikinti işləri Sabunçu körpüsündən Koroğlu körpüsünə qədər olan 2,2 kilometr məsafəni əhatə edir. Paytaxtdan hava limanı istiqamətində və geriyə nəqliyyat axını çox olduğundan eni 28 metr olan yol hissə-hissə təmir olunur.

Amma bütün hallarda bu, Bakı kəndlərindən və Bakıətrafı qəsəbələrdən gələn sürücülərə narahatlıq yaradır. Onlar dəqiqələrlə tıxacda qalmalı olurlar. İş icraçıları bildirdi ki, artıq yolun bir hissəsinin asfalt örtüyü yenilənib. Qalan yarısı isə hava şəraiti yağışlı-çiskinli keçməsə, yaxın günlərdə yekunlaşacaq.

Onu da qeyd edək ki, hava limanı ilə paytaxtı birləşdirən magistral yol təkcə asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar deyil. Burada həm də Olimpiya stadionun qarşısında tikilən tunellə bağlı yolun hərəkət hissələrində daralmalar var. Tunelin inşası artıq yekunlaşmaq üzrədir.

Tarix
2018.04.22 / 20:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla