Yuxarı

Bundan dünyada 700-dür, 300-ü Azərbaycandadır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandakı palçıq vulkanları neft-qaz layları ilə əlaqəli olur, bu baxımdan onların püskürməsi qazın yer səthinə çıxması, yaxınlıqda məhsuldar neft laylarının olması baxımından daim geoloqların diqqətini çəkib.

Axar.az xəbər verir ki, bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib. Ekspert xatırladıb ki, bu gün səhər saat 8 və 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Toraqay palçıq vulkanında 2 püskürmə qeydə alınıb:

“Toraqay Azərbaycandakı ən aktiv palçıq vulkanıdır. 1841-ci ildən bu püskürməyə qədər onun dəfələrlə aktivləşməsi müşahidə edilib. Bu vaxta qədər ən güclü püskürmə Qarasu palçıq vulkanında olub. Belə ki, yanma nəticəsində əmələ gələn alov 100 metr yüksəkliyə qədər qalxıb”.

Ekspsert qeyd edib ki, dünyada mövcud olan 700-ə yaxın palçıq vulkanından 300-ü müasir Azərbaycanın ərazisindədir (bəzi mənbələrə görə, 2000 palçıq vulkanından 344-ü Azərbaycandadır):

“Bunlardan da 140-ı Xəzərin Azərbaycan sektorunda qeydə alınıb. Azərbaycanın 8 adası məhz palçıq vulkanı mənşəlidir, o cümlədən Qara Daşlar adası, hansı ki, hazırda Neft Daşları yatağının kiçik bir hissəsini təşkil edir”.

Tarix
2018.04.22 / 22:39
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla