Yuxarı

Qaz sayğacı sərfiyyatı cox hesablayırsa… - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaz sayğacınızda 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012-ci illər yazılıbsa, artıq o sayğac sərfiyyatı çox hesablayır. Qaz idarəsindən həmin sayğacın dəyişdirilməsini tələb edin.

Axar.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, hər qaz sayğacının içində onun istehsal ili yazılır. Abonentlərin həmin ilə diqqət etməsi özləri üçün vacibdir:

“Sayğacın içində onun istehsal ili qurguşun plombun üzərində göstərilir. Məsələn, sayğacın içində 2012 yazılıbsa, deməli, sayğac 2018-ci ilin mart ayında dövlət yoxlamasına göndərilməlidir. Göndərilməyəcəyi təqdirdə qaz sərfiyyatınızı çox yazacaq və sonra siz cərimələnə bilərsiz”.

M.Qəhrəmanlı bildirib ki, elektron sayğaclar hər 3 ildən bir paylayıcı tərəfindən pulsuz dövlət yoxlamasına göndərilməlidir:

“Mexaniki sayğaclar isə hər 5 ildən bir paylayıcı tərəfindən dövlət yoxlamasına göndərilməlidir. Ancaq bunu vətəndaş özü etməməlidir. Əgər sayğacın üzərindəki vaxta əsasən müddət bitibsə, paylayıcınıza bu barədə məlumat verin ki, sayğacınızı dövlət yoxlamasına göndərsin. Bu ona görə vacibdir ki, sayğacdakı fəsadlar zamanında bilinsin. Fəsadlar aradan qaldırılandan sonra da vətəndaş hər hansısa problemə görə cərimələnməsin”.

Tarix
2018.04.23 / 14:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla