Yuxarı

İlham Əliyev 7 sərəncam, 8 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:35

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında mədəni irsin qorunması və bərpası sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar memar”

Hüseynova Leyla Qafar qızı

Məmmədov Ədalət Eyvaz oğlu

“Əməkdar mühəndis”

Kərimli Telman Nəcəf oğlu

Sultanov Zakir İmran oğlu

“Əməkdar mədəniyyət işçisi”

Nuriyev Fuad Lütvəliyeviç.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar elm xadimi”

Kərimov Kərəm Təbriz oğlu

“Əməkdar həkim”

Ağayev Misirxan Muradxan oğlu

Şamilova Faiqə Hacıbala qızı.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Xalq Artisti Mehdi Məmmədovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1054-VQD nömrəli qanununun tətbiqi barədə sərəncam imzalayıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1048-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

***

Prezidenr İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1064-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1064-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Fərmanda qeyd edilir:

“Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə;

“Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 may tarixli 866 nömrəli Fərmanının ləğv edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında;

***

“Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Göygöl Milli Parkı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 19 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şahdağ Milli Parkı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında;

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə;

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1017-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Tarix
2018.04.23 / 20:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla