Yuxarı

Hökumətdə yer almayan icraedici məmurlar - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin yeni tərkibində yer almayan nazirlik və komitələrə rəhbərliyi əvvəlki nazir və sədrlər edir.

Report xəbər verir ki, hazırda gənclər və idman naziri vəzifəsini Azad Rəhimov, mədəniyyət naziri vəzifəsini Əbülfəz Qarayev, müdafiə sənayesi naziri vəzifəsini Yavər Camalov, səhiyyə naziri vəzifəsini Oqtay Şirəliyev, ekologiya və təbii sərvətlər naziri vəzifəsini Hüseyn Bağırov icra edir.

Dövlət komitələrinə gəlincə, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Hicran Hüseynova, Diasporla İş üzrə Dövlət Komitəsinə Nazim İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Mübariz Qurbanlı, Dövlət Gömrük Komitəsinə Aydın Əliyev, Dövlət Statistika Komitəsinə Tahir Budaqov, Əmlak Məsələləri Dövlət Komitəsinə Kərəm Həsənov sədrlik edir.

Dövlət Miqrasiya Xidmətinə Firudin Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə general-leytenant Arzu Rəhimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Milli Arxiv İdarəsinə Ataxan Paşayev rəhbərlik edir.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 21-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Tarix
2018.04.23 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla