Yuxarı

24 aprel türk əsgərinin anım günü olsun - BAXCP

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) aprelin 24-də Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək.

Bu barədə Axar.az-a BAXCP funksioneri, QHT sədri Niyaməddin Orduxanlı məlumat verib. O bildirib ki, BAXCP 2007-ci ildən bəri xilaskar türk əsgərlərinin abidəsini ziyarət edir:

“BAXCP hesab edir ki, aprelin 24-ü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd olunmalıdır. Bu səbəbdən də BAXCP artıq 11 ildir türk abidəsinə əklil qoyur və onu ziyarət edir. Sabah da BAXCP-nin rəhbər strukturları, İdarə heyətinin üzvləri, Bakı və ətraf rayon şöbələrinin rəhbərləri abidəni ziyarət edəcək. Biz bunu mənəvi borc bilirik”.

Niyaməddin Orduxanlı xatırladıb ki, 1918-ci ildə Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın əmri ilə Nuru paşa Qafqaz İslam Ordusuna rəhbərlik edərək, Azərbaycanı erməni-bolşevik hərbi birləşmələrindən azad edib:

“Nuru paşa Bakını işğaldan azad edəndən sonra Azərbaycan öz müstəqilliyini qura bilib. Tanrı Azərbaycanı işğaldan qurtaran türk əsgərlərinin ruhunu şad etsin!”

Tarix
2018.04.23 / 19:35
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla