Yuxarı

Avropada ermənilər belə rüsvay edildi - Qondarma soyqırım

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu (GYF) tərəfindən “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il tarixində Belçikanın Antverp şəhərində “Türkiyə-Azərbaycan əlaqələri və Ermənistan problemi” mövzusunda konfrans keçirilib.

Axar.az Real TV-yə istinadla xəbər verir ki, konfrans Antverp şəhərindəki Türk Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, GYF Türkiyənin “Beynəlxalq Əməkdaşlıq və İnkişaf” Dərnəyi və Belçika Türk Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə baş tutub.

Tədbiri Belçika Türk Mədəniyyət Mərkəzinin başqanı Bilal Darıyalı açıq elan edib, qonaqları salamlayıb və tədbir haqqında məlumat verib.

Tədbirdə çıxış edən GYF-nin layihə koordinatoru Namiq Sərdarlı qonaqlara ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım haqqında məlumat verdikdən sonra qeyd edib ki, son bir əsrdə ermənilər Qafqaz çoğrafiyasında dörd dəfə fərqli tarixlərdə Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirib. Bütün bunlara baxmayaraq, türk və islam düşmənçiliyi güdən bütün dünya ölkələri türk dünyasını 24 aprel günü soyqırımda günahlandırır. Fəqət 26 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilən soyqırım haqqında heç kim danışmaq istəmir. Həmin soyqırımın şahidləri bu gün də həyatdadır, ancaq dünya hələ də bu ədalətsizliyə göz yumur.

Natiq, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının sadəcə sözdə yox, əməldə olduğunu və bu sarsılmaz qardaşlıq nümünəsini Balkan savaşı, Çanaqqala savaşı, Qurtuluş savaşı və 1918-ci ildə Nuri Paşanın rəhbərliyi altında Bakıya gələn Qafqaz İslam Ordusunun timsalında da göründüyünü deyib.

Tədbirdə çıxış edən Türkiyə Nişantaşı Universitetinin müəllimi, beynəlxalq əlaqələr üzrə mütəxəssis Prof. Dr. Raqif Kutay Qaraca 1918-ci illərdə baş verən hadisələrə, o cümlədən erməni vandalizminin tarixinə beynəlxalq arenadakı ikili yanaşmalardan söz açıb. Cənab Qaraca qeyd edib ki, tarixin müxtəlif səhifələrində ermənilər tərəfindən türklərə qaşı törədilən soyqırım hadisələrinə hələ də hüquqi qiymət verilməsə də, biz çalışmalıyıq ki, haqq səsimizi daha çox insana çatdıraq və bütün insanlığı tarixi həqiqətlərdən agah edək.

Azərbaycan Xəzər Universitetinin müəllimi tarixçi-yazar Dr. Telman Quliyev isə öz çıxışında XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı yardım fəaliyyətləri və yenə XIX əsrin sonu XX əsrin əvvəllərində erməni terror təşkilatları olan "Armenakan", "Xıncaq" və 2Daşnaqsütun"un arxiv sənədləri əsasında Azərbaycan və Anadolu coğrafiyasında həyata keçirmiş olduqları müsəlman-türk qətliamları haqqında qonaqlara geniş məlumat verib.

Tarixi həqiqətləri Avropa insanına və yetişməkdə olan gənc nəsilə çatdırmaq üçün həyata keçirilən tədbirdə UKİD Avropa koordinatoru Səlahəddin Sayğın, rəsmilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, tələbələr və mətbuat nümayəndələri iştirak edib. Tədbir iştirakçılarına ingilis və türk dillərində tarixi həqiqətləri özündə əks etdirən məlumat broşurları paylanıb.

Qeyd edək ki, layihə erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə həyata keçirilir.

Tarix
2018.04.24 / 00:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla