Yuxarı

Kollegiya 4 vəkili cəzalandırdı, üç vəkili isə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:54

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan Axar.az-a bildirilib ki, Anar Bağırovun sədrliyi ilə keçirilən iclasda ölkədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, habelə Rəyasət Heyətinin cari fəaliyyəti barədə iclas iştirakçılarına məlumat verilib.

İclasda həmçinin hazırda vəkilliyə qəbul üzrə həyata keçirilən işlər, xüsusilə vəkilliyə namizədlərlə Ədliyyə Akademiyasında aparılan icbari təlimlərin vəziyyəti qiymətləndirilmiş, icbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlərin andiçmə mərasiminin təşkili məsələləri müzakirə olunub.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, şifahi müsahibə mərhələsini uğurla keçmiş sabiq vəkil və hakimlərin, habelə iki nəfər hüquq elmləri doktorunun, cəmi 17 nəfərin vəkilliyə qəbulu üzrə andiçməsi keçirilib.

Eyni zamanda, təşkilati məsələlərə baxılaraq, bir sıra vəkillərin iş yerinin dəyişdirilməsi, fərdi vəkilliyə buraxılmaları ilə bağlı qərarlar qəbul olunmuş, səmərəli vəkillik fəaliyyətlərinə görə bəzi vəkillər Rəyasət Heyəti adından təltif olunub.

Bundan başqa, iclasda qərara alınmışdır ki, vəkillərin peşə bayramı gününün müəyyən edilməsi ilə əlaqədar komissiya yaradılsın və ən qısa müddət ərzində komissiya araşdırmanın nəticəsinə dair müvafiq arayışı Rəyasət Heyətinə təqdim etsin.

İclasın davamında vəkil qurumları və fərdi vəkillər tərəfindən istifadə olunan hüquqi yardım haqqında müqavilənin yeni forması təsdiq olunub və iyunun 1-dən həmin formanın tətbiqinin başlanılması qərarlaşdırılıb.

İclasda vəkillər barəsində başlanılmış 29 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 4 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 2 vəkilin isə Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunmuş, 1 vəkilə irad tutulub.

Tarix
2018.04.24 / 16:30
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla