Yuxarı

Nazirlikdən xəbərdarlıq: uşaqlarınızı ora aparmayın

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada suçiçəyi xəstəliyinə qarşı peyvənd tətbiq olunsa da, Azərbaycanda ona qarşı vaksin tətbiq olunmadığından suçiçəyinə yoluxma halları hələ də qeydə alınır.

Report xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, suçiçəyi xəstəliyi daha çox soyuq aylarda, xüsusilə noyabr və dekabr aylarında qeydə alınır. Lakin əvvəlki illərlə müqayisədə ötən ilin noyabr-dekabr aylarında ölkədə yoluxma halları azalıb.

A.Əliyeva bildirib ki, Azərbaycanda vaksinlə idarəolunan xəstəliklərə yoluxma halları qeydə alınmır: "Azərbaycanda qızılçaya yoluxma halları yoxdur. Ukraynada isə peyvəndləmə səviyyəsi aşağı olduğundan, insanlar ondan imtina etdiklərindən qızılca xəstəliyi alovlanıb. Azərbaycanda peyvənddən kənarda qalan uşaqlar var. Buna görə də belə uşaqlar xaricə gedərkən onlar xəstəliyə yoluxa bilərlər. Bu səbəbdən valideynlər çox diqqətli olmalı, uşaqlarını peyvənd etdirməlidirlər".

A.Əliyeva bildirib ki, 2014-cü ildən vaksin preparatları Azərbaycana UNICEF-in xətti ilə gəlir. Ölkəyə daxil olan vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlər SN-nin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir.

RGEM-in baş direktoru İmran Abdullayev deyib ki, Azərbaycanda hər il olduğu kimi bu il də "Avropa immunlaşdırma həftəsi " keçirilir. Aprelin 23-dən 29-dək keçirilən immunlaşdırma həftəsi çərçivəsində sahə poliklinikaları tərəfindən hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqlar milli peyvənd təqviminə uyğun olaraq, peyvənd ediləcəklər:

"Biz çalışırıq ki, bütün uşaqlar peyvəndə cəlb olunsun. Amma immunlaşdırma həftəsi zamanı bütün uşaqlar peyvəndə cəlb olunmur. Bu məsələdə 100 faizlik göstərici əldə etmək mümkün deyil. Bu, bütün dünyada belədir".

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı mütəxəssisi Cəvahir Süleymanova qeyd edib ki, peyvəndlərin əhəmiyyətini insanlara çatdırmaq lazımdır. Bu baxımdan belə tədbirlərin həyata keçirilməsi əhəmiyyətlidir.

Tarix
2018.04.24 / 12:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla