Yuxarı

Əli Əsədov Gömrüyün yeni şefini təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:58

Azərbaycanın yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivinə təqdim olunub.

Axar.az xəbər verir ki, nazir Muxtar Babayevi kollektivə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təqdim edib.

Qeyd edək ki, aprelin 23-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında aprelin 21-də imzaladığı sərəncama əlavələr edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, indiyə qədər ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov idi.

***

Ölkə prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov dövlət başçısının 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilmiş Səfər Məmməd oğlu Mehdiyevi kollektivə təqdim edib.

Ə.Əsədov S.Mehdiyevin həyat yolu barədə məlumat verərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılmasında mühüm rol oynayan gömrük orqanlarının fəaliyyətindən danışıb.

Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də həyata keçirdiyi mütərəqqi islahatlar Azərbaycanın beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, tranzit potensialının gücləndirilməsində mühüm rol oynayıb. Ə.Əsədov ölkədə gömrük işinin daha səmərəli və müasir standartlara uyğun şəkildə təşkili istiqamətində dövlət başçısının gömrük orqanları qarşısında qoyduğu vəzifələrdən bəhs edib və verilən tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib.

S.Mehdiyev ona göstərilən etimada görə minnətdarlığını bildirib, dövlət başçısının gömrük orqanları qarşısında qoyduğu vəzifə və tapşırıqların uğurla icra olunacağını vurğulayıb.

Tarix
2018.04.24 / 13:42
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla