Yuxarı

Yol düzəldi, indi də sakinlər işıqlandırma tələb edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 ildən sonra ilk dəfə təmir edilən Lənkəran-Boradigah şosesindən ayrılan 8 km-lik yol işıq üzünə həsrət qalıb. Uzun illər bərbad vəziyyətdə olan yol indi də işıqlandırma problemi yaşayır.

Axar.az xəbər verir ki, rayonun 10 mindən artıq əhalisinin yaşadığı Türkoba, Hişkədərə, Mişkəmi, Miyənkü, Nəzəroba və Kubin kəndlərinə gedən yol ötən ilə qədər bərbad vəziyyətdə olub. Nəhayət, ötən il Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tam şəkildə təmir edilib. Fevral ayında təmiri yekunlaşan yol sakinlərin istifadəsinə verilsə də, hələ də problem bitməyib.

Sakinlər bildirib ki, yolda heç bir işıqlandırma sistemi qurulmadığından xüsusilə axşam saatlarından sözügedən yoldan istifadə etmək çətinləşir.

Avtomobil Yolları Dövlət Agnetliyinin mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı Axar.az-a açıqlamasında bildirib ki, yolların işıqlandırılmasını yerli icra orqanları həyata keçirməlidir:

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, Masallı rayonunun yerli əhəmiyyətli avtomobil yollarının tikintisinin, yenidən qurulmasının, əsaslı təmirinin və körpülərin tikintisinin davam etdirilməsi, o cümlədən Şatıroba-Hişkədərə-Miyankü-Kubin və Səmidxan-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yollarının yenidən qurulması nəzərdə tutulub. Yolların təmiri, yenidən qurulması, standartlara uyğunlaşdırılması Agentlik tərəfindən həyata keçirilir.

Təmir edilən yollarda işıqlandırma sisteminin bərpası və ya qurulması üçün isə sakinlər yerli icra strukturlarına müraciət etməlidir”.

Tarix
2018.04.24 / 16:43
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla