Yuxarı

Rusiya-Türkiyə konfransının son hazırlıqları - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 26-da Antalyada Türkiyə-Rusiya iş adamlarının “Yüksələn Avrasiyada Türkiyə-Rusiya ilişkilərinin gələcəyi” konfransı işə başlayacaq.

Bu barədə Axar.az-a “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı məlumat verib.

Türkiyənin Uluslararası İşbirliyi Platformunun təşkilatçılığı ilə Bələkdəki "Maxx Royal" oteldə düzənlənəcək tədbirə iki ölkənin iş dünyasının tanınan isimləri ilə yanaşı, siyasilər də qatılacaq.

Azərbaycan əsilli iş adamı, hüquq professoru İlham Rəhimov, Antalya Böyük Şəhər Bələdiyyə başqanı Menderes Türel, SETA Genəl Koordinatoru Bürhanəddin Duran, politoloq Aleksandr Duqin, OİC Ölkələri Parlamentlər Birliyinin baş katibi Mahmud Ərol Kılıç, İPSA başqanı, professor İlter Turan, Rusiya-Türkiyə İşbirliyi Şurasının başqanı Əhməd Palankoyev, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerşov, Rusiya prezidentliyinə namizəd olmuş Sergey Baburin, Rusiya və Türkiyənin fikir və siyasət adamları, Rusiyada böyük iş fəaliyyətində olan Azərbaycan əsilli biznesmenlər Antalya sammitində iştirak edəcəklər.

Siyasi və iqtisadi bölümlərdən ibarət olacaq konfransda altyapı, bank işi, təhsil, enerji, heyvandarlıq, inşaat, müdafiə sənayesi, kənd təsərrüfatı, tekstil, turizm və nəqliyyat sektorlarında iki ölkənin əməkdaşlığının dərinləşdirilməsi yolları araşdırılacaq.

Təşkilat Komitəsinin sədri Çingiz Özgencil açıqlamasında bildirib ki, iki ölkənin dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında keçirilən görüşlərdə 2019-cu il Türkiyə-Rusiya Münasibətləri İli elan edilib və konfransın hədəfi bu ərəfədə iki ölkə arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün yolların araşdırılmasıdır.

Konfransın işində Azərbaycan mediasının bir neçə tanınmış siması da qonaq qismində iştirak edir.

Tarix
2018.04.25 / 17:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla