Yuxarı

Murtuzəli Hacıyev yeni vəzifəyə təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunan Murtuzəli Hacıyev yeni vəzifəyə təyin edilib.

22 il həmin vəzifədə işləmiş M.Hacıyev Modern.az vasitəsilə bu illər ərzində səmərəli əməkdaşlığa görə, bütün media içilərinə, kolleqalarına minnətdarlığını bildirib:

“Bu müddətdə bütün jurnalistləri özümə dost bilmişəm, eyni zamanda özümü də onların dostu hesab etmişəm. Hər zaman çalışdığım qurumu yüksək səviyyədə təmsil etməyə çalışmışam. 25 ildir bu nazirlikdə müxtəlif vəzifələrdə - Elm, təhsil baş idarəsində şöbə müdiri, Təbliğat şöbəsinin rəisi, Mətbuat xidməti şöbəsi yaradıldığı gündən indiyədək rəhbər vəzifədə işləmişəm.

Nazirliyə yeni təyin olunan cənab İnam Kərimova təcrübəmi, iş fəaliyyətimi nəzərə alaraq, mənə yenidən etimad göstərdiyinə görə dərin təşəkkürümü bildirirəm. Hazırda toxumçuluq sahəsi üzrə şöbə müdirinin müavini vəzifəsinə təyin edilmişəm. Çalışacam ki, göstərilən etimadı doğruldum və bu vəzifəmin də öhdəsindən layiqincə gəlim.

Harada işləməyimdən, hansı vəzifədə olmağımdan asılı olmayaraq, dövlətimə sədaqətlə xidmət edəcəyəm”.

M.Hacıyev nazirliyin Mətbuat xidmətinə yeni rəhbər təyin olunan Anar Hüseynovu təbrik edib, işlərində daha böyük uğurlar arzulayıb, hər zaman dəstək olacağını vurğulayıb.

Qeyd edək ki, M.Hacıyev Azərbaycan Dövlət Aqrar Universitetini, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Dövlət qulluğunda səmərəli fəaliyyətimə görə ölkə rəhbərliyi tərəfindən dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif olunub, aqrar sahə üzrə fəlsəfə doktorudur.

Həmçinin, YAP Yasamal rayon təşkilatının ərazi ilk partiya təşkilatının sədridir, rayon şurasının üzvüdür.

Tarix
2018.04.26 / 09:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla