Yuxarı

Ağazadənin işi məhkəməyə verildi: Dələduzluq ittihamı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıya qayıdım, məhkəmənin hazırlıq prosesi olacaq, ondan sonra bununla bağlı mətbuata geniş açıqlama verəcəyəm.

Bu sözləri Axar.az-a 3 nəfərin 7800 manatını ələ keçirməkdə ittiham olunan Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə ona qarşı irəli sürülən ittihamla bağlı danışarkən deyib.

K.Ağazadə bildirib ki, bu ailə məsələsi olduğuna görə 3 ildir susur:

“Məhkəmədə hər şey məlum olacaq. Qərəzlər, şərlər bəzən məhkəməyədək gedib çıxır. Aprelin 30-u Bakıya qayıdacağam. Məhkəmənin hazırlıq prosesindən sonra açıqlama verəcəm”.

Qeyd edək ki, Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadəyə qarşı açılan cinayət işinin detalları məlum olub.

Report-un xəbərinə görə, ittiham aktına əsasən, QHT sədri öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşları rüşvət verməyə təhrik edib.

İttiham aktına əsasən, K.Ağazadə 1998-ci ilin oktyabr ayından hazırkı vaxtadək Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində işləyərkən 2015-ci ilin avqust ayının 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb. Həmin müqvilənin müddəti bitdikdən sonra o, Səhiyyə Nazirliyində işləyən aidiyyəti vəzifəli şəxsə rüşvət verməklə əməkdaşlıq müqaviləsinin müddətinin uzadılacağını bildirib.

K.Ağazadə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verib. O, 2015-ci ilin sentyabr və oktyabr ayında Azərbaycan Uşaqları Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramovdan 2100 manat və Mahirə Sadıqovadan 2100 manat olmaqla ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.

K.Ağazadə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.

Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

K.Ağazadənin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Zeynal Ağayevin sədrliyi ilə aprelin 30-da baxılacaq.

Tarix
2018.04.26 / 11:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla