Yuxarı

Formula-1 Bakı turu: Kimlər fərqləndi? - Yeniləndi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:09

Bu gün paytaxt Bakıda sayca üçüncü Formula-1 yarışlarına start verilir.

Axar.az xəbər verir ki, aprel ayının 27-dən başlayan yarışlar 29 aprel tarixinə qədər davam edəcək. Bu, sayca dördüncü olmaqla, Bakıda keçirilən 3-cü Formula-1 yarışdır.

Bugünkü yarışda hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Həmçinin Bakı Şəhər Halqasında Formula-2 bolidlərinin sərbəst yürüşləri, həmçinin F2 pilotlarının təsnifat mərhələsi keçiriləcək.

Formula-1-də birinci sərbəst yürüş bu gün saat 13:00 - 14:30-da, ikincisi isə 17:00 -18:30-da baş tutacaq.

Sabah saat 14:00-15: 00-da isə üçüncü sərbəst yürüş olacaq. 17:00-18:00-da isə sıralama turu, 29 aprel tarixində saat 14:40-15:10-da isə pilotların trek paradı keçiriləcək.

Azərbaycan Qran Prisinin təqvimi

27 aprel

11:00 - 11:45. “Formula 2” – Sərbəst yürüş

13:00 - 14:30. “Formula 1” – Birinci sərbəst yürüş

15:00 - 15:30. “Formula 2” – Sıralama turu

17:00 - 18:30. “Formula 1” – İkinci sərbəst yürüş

28 aprel

12:00 - 13:05. “Formula 2” – Birinci yarış (29 dövrə və ya 60 dəqiqə)

14:00 - 15:00. “Formula 1” – Üçüncü sərbəst yürüş

17:00 - 18:00. “Formula 1” – Sıralama turu

29 aprel

13:10 - 14:00. “Formula 2” – İkinci yarış (21 dövrə və ya 45 dəqiqə)

14:40 - 15:10. Pilotların paradı

15:00 - 15:25. Açılış mərasimi

15:56-15:58. Dövlət himni

16:10-18:00. “Formula 1” – Qran Pri (51 dövrə və ya 120 dəqiqə)

Yarışlar çərçivəsində şəhərdə əyləncəli tədbirlər də keçiriləcək.

Dənizkənarı Bulvar boyunca uzanan “Formula 1” Azarkeşlərin Əyləncə Zonasında dünəndən başlayaraq 29 aprelə kimi yarışı izləməyə gələnlərə əyləncələr təqdim ediləcək.

Əyləncə tədbirləri aprelin 27-28-də saat 10:00-dan 19:00-dək və aprelin 29-da saat 10:00-dan 14:00-dək keçiriləcək. Həmçinin musiqili əyləncə proqramı 27-29 apreldə axşam saatların isə Bakı Kristal Zalında dünya ulduzlarının və məşhur DJ-lərin gecəyə kimi möhtəşəm performansları olacaq.

Tamaşaçılara Pit Yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olmaq imkanı da yaradılacaq.

Yarışlar keçirildiyi 3 gün ərzində yarışda iştirak edən pilotlarla saat 11:00-dan etibarən günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər.

Tamaşaçılar həmçinin Bakı Şəhər Halqasını da daha yaxından tanımaq fürsətinə sahib olacaqlar. Aprelin 28-də Azarkeş Zonasında saat 15:30-dan 16:00-dək F1-in yeni pilotları ilə sual-cavab sessiyası keçiriləcək.

Bütün bilet sahibləri 27 - 29 apreldə axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər.

Konsert proqramları çərçivəsində müxtəlif günlərdə səhnəyə “Jamiroquai” qrupu, DJ Afrojack, Kristina Agilera, Axwell Λ Ingrosso, Dua Lipa və Martin Solveyq çıxacaqlar.

***

Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşündə “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo birinci olub.

Axar.az xəbər verir ki, pilot 1 dəqiqə 42,795 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. “Ferrari” komandasının sürücüsü Kimi Raykonnen ikinci yeri tutub. “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə yarışı üçüncü pillədə başa vurub.

Tarix
2018.04.27 / 19:27
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla