Yuxarı

AMAY Abdullaya qarşı yeni iddia qaldırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xudafərin MMC-nin vəzifəli şəxsləri Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlər mülki iddia qaldırıblar.

Zərərçəkmilərdən biri “AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə qarşı mülki iddia qaldırdığını deyib.

Hakim bildirib ki, Abdulla Abdullayev bu cinayət işinə cəlb edilmədiyi üçün məhkəmənin buna baxmağa səlahiyyəti çatmır.

Bundan başqa, zərərçəkmişlərin bir qismi təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyiblər.

Məhkəmə zərərçəkmişlərin vəsatətini təmin etməyib.

Mülki iddialar isə icraata qəbul edilib.

Növbəti proses mayın 11-də davam edəcək.

İttihama görə, Xudafərin MMC-nin vəzifəli şəxsləri Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş mübarizə İdarəsində araşdırılıb. Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.

Cinayət işində 47 zərərçəkmiş var.

Adı çəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməyib. Onlar xeyli sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirli bilinirlər.

Tarix
2018.04.27 / 11:55
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla