Yuxarı

Əliyevin saat bağışladığı əsgərlə bağlı açıqlama – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi I Qarabağ savaşının iştirakçısı Adil Vəliyevə niyə "Qarabağ veteranı" adının verilməməsinə aydınlıq gətirib.

Müdafiə Nazirliyindən "Axar.az"a verilən məlumata görə, eks-prezident Heydər Əliyevin mükafatlandırdığı müharibə iştirakçısının məsələsinin araşdırılacağı söylənilib.

İdarənin mətbuat katibliyi məsələ ilə bağlı Adil Vəliyevin şəxsən Müdafiə Nazirliyinə müraciət etməli olduğunu dedi:

"O, Müdafiə Nazirliyinin Fəxri Adlarının və Veteran Adlarının Verilməsi Komissiyasına müraciət etməlidir. Bununla yanaşı Müdafiə Nazirliyinin "mod.gov.az" saytına girib, orada da müraciət bölməsi vasitəsilə bizə yaza bilər. O, müraciət göndərsin, biz verək arxivə, araşdırsınlar".

Daha sonra mətbuat katibliyindən adını vermək istəməyən şəxs məsələnin komissiyada araşdırılıb qərar veriləndən sonra A.Vəliyevin özünə yazılı ərizə ilə cavab veriləcəyini bildirdi:

"O, hərbçidir. Əmri var və ona görə də yazılı müraciət olunmalıdır. "Yutub"da gedən video-çarxla komissiya ona veteran adı verə bilməz".

Qeyd edək ki, Adil Vəliyev I Qarabağ savaşı zamanı milli qəhrəman İbad Hüseynovun rəhbərliyi altında kəşfiyyatçı kimi savaşıb. O, bu günə qədər "Qarabağ veteranı" adı ala bilməyib.

Tarix
2013.11.28 / 11:37
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla