Yuxarı

Vüqar Səfərli: “Biz “Azadlıq”a güzəşt etmişik”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azadlıq" qəzeti ilə aramızda heç bir problem yoxdur və gələcəkdə də olmayacaq.

Bu sözləri KİV DF-nin icraçı direktoru Vüqar Səfərli Fondun "Azadlıq" qəzetinin layihə maliyyələşdirilməsini dayandırması haqda danışarkən dedi.

Vüqar Səfərli qəzetlə əməkdaşlığa xitam verməmişdən əvvəl, xeyli müddət "Azadıq"a güzəşt etdiklərini bildirdi:

"Biz o pulu "Azadlıq" qəzetinin hesabına keçirsək, cərimələrə silinəcək. Ona görə də layihələri dayandırmışıq. Burda hər hansı qərəzdən söhbət gedə bilməz. Borcları silinəndən, hesablarındakı həbs qalxandan sonra "Azadlıq" qəzeti ilə aramızda əməkdaşlıq bərpa olunacaq. Onu da deyim ki, biz o layihəni onların hesabına həbs qoyulan kimi də saxlaya bilərdik, amma məsələnin bir müddətdən sonra həll olunacağını düşündük. İndi görürəm ki, problem öz həllini tapmır. Özü də "Azadlıq" qəzeti layihə çərçivəsində qeyd olunan materialları verir, biz isə onlara pul ödəyə bilmirik. Ona görə də qərara gəldik ki, layihəni dayandıraq. Yenə deyirəm, burda heç bir siyasi motiv yoxdur".

Xatırladaq ki, "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev "Azadliq.info"ya verdiyi açıqlamada KİV DF-nin qəzetlə olan əməkdaşlığa siyasi sifariş əsasında son qoyduğunu bildirib.

Tarix
2013.11.28 / 14:20
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla