Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Sentyabr 2018


İnam Kərimov hədəflərini açıqladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro-2018" sərgisi öz işinə başlayıb.

Axar.az xəbər verir ki, sərgini açan Kənd Təsərrüfatı naziri İnam Kərimov son illər Azərbaycan Prezidenti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini bildirib.

“Bunun nəticəsi olaraq iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı yeni mərhələyə qədəm qoyub. Sosial-iqtisadi göstəricilərin yüksəldilməsi nəticəsində yerli istehsal məhsullarının rəqabatə davamlı ixrac imkanları genişlənib, ərzaq təhlükəsizliyinin təminatına öz töhvəsini verib”.

Nazir deyib ki, hazırda əsas istiqamət yüksək məhsuldarlığın təmini, ixrac imkanlarının artırılması, ərzaq təhlükəsizliyidir:

“Qarşıya qoyulan məqsədlərə çatmaq üçün kənd təsərrüfatında innovasiyalara, yeni yanaşmaların tətbiqinə başlanılıb. Hazırda prioritet məqsədimiz yüksək məhsuldarlıq, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, o cümlədən, qida təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədə innovasiyaların tətbiqi, fermerlərlə yaxınlıq, aqrar sahədə düzgün idarəçilik kənd təsərrüfatının əsas prinsipləri kimi bəyan edilib. Bu məqsədlərə çatılması üçün kənd təsərrüfatı məhsullarının istehsalında innovasiyaların tətbiqi bizim üçün prioritet olacaq. Aqrar sahənin təkmilləşdirilməsi, yerli və xarici iş adamları üçün məlumat mübadiləsində, biznes əlaqələrin qurulmasında bugünkü sərgilərin əhəmiyyəti var. Sevindirici haldır ki, əvvəlki illə müqayisədə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi 12 faiz artıb. Sərgidə iştirak edən ölkələrin sayı 28-dən 34-ə, şirkətlərin sayı 331-dən 432-yə çatıb. Şirkətlərin 70 faizi xarici, 30 faiz isə yerli, “Made in Azerbaijan” brendi altında təmsil olunur. Bu sərgilər həm fermer, həm də iş adamlarının əməkdaşlıq məkanına çevrilib”.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə bildirib ki, bu cür sərgilər ölkədə sərbəst biznes mühitinə yaradılan imkandan xəbər verir:

“Hər il bu sərginin əhatə dairəsi genişləndirilir. İştirakçıların 70 faizinin xarici şirkət olması təsadüfi deyil. Bu ölkədə sağlam rəqabət mühitindən xəbər verir”.

Sədr onu da vurğulayıb ki, Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasında məqsəd ölkədə bu sahədəki risklərin qiymətləndirilməsidir:

“Əsas məqsəd əhalinin sağlam qida ilə təminatı və ixrac potensialının artırılmasıdır”.

Qeyd edək ki, sərgi iki gün davam edəcək. Sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir.

Tarix
2018.05.16 / 11:56
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu xəstələrin sayı 3 dəfə artıb - Azərbaycanda

Balababa Rzayev 17 gündə nə iş gördü? – Video

Ölkənin ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Zakir Həsənov Mixail Boçarnikovla görüşdü

Bakı dünyanın ən təhlükəsiz şəhərləri arasında

“Nar”dan tələbələrə təqaüd proqramı

Deputat oğlunun zərər çəkdiyi milyonluq işdə qalmaqal

Generalların məhkəməsinin vaxtı açıqlandı – MTN işi

İlham Əliyev Yıldırımla görüşdü - Foto

Kəlbəcərdən yeni görüntü: Ermənilər səfil günündə - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla