Yuxarı

Bakıda kirayənişin evin bütün əşyalarını satdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Bahar qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-dən Axar.az-a verilən məlumata görə, zərərçəkmiş T.Fətəliyev bildirib ki, bir müddət əvvəl özünə məxsus 4 ədəd televizor, 2 divan, 2 kreslo, 2 xalça və digər məişət əşyalarını saxlamaq üçün tanışının evində yerləşdirib. Ev sahibi isə həmin evi kirayə veribmiş. Bu yaxınlarda həmin əşyaları götürməyə gələndə isə onları tapmayıb. Kirayədə qalan şəxs isə həmin əşyalardan xəbəri olmadığını deyib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və şübhələr mənzildə kirayədə yaşayan Ucar rayon sakini Pünhan İbadovun üzərində cəmləndiyindən o, saxlanılıb. Törətdiyi cinayət əməlini etiraf edən bu şəxs 2 ildir ki, həmin mənzildə kirayədə yaşadığını, son bir neçə ay ərzində həmin avadanlıqları tək-tək satdığını bildirib.

Qeyd olunan məişət əşyalarını əşyalarının hamısı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Tarix
2018.05.16 / 12:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla