Yuxarı

Prokuror polis polkovnikinə 7 il cəza istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Fərhad Məmmədxanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkmişin vəkili prokurorun çıxışı ilə razı olduqlarını deyib. O, qeyd edib ki, ona dəymiş zərərdən cəmi 30 min ödənilib, 20 min ödəniş ediləcəyi təqdirdə şikayətçi olmayacaq.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Növbəti proses mayın 18-də davam edəcək.

İttihama görə, Fərhad Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Fərhad Məmmədxanov bir neçə vətəndaşdan işə düzəltmək adı ilə ümumilikdə 800 min manat alıb. O, həmçinin telefon mağazasından “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınıb.

O, Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun rəisi, polis pokovniki Fərhad Məmmədxanov həbs edilməmişdən 8 ay öncə təqaüdə çıxıb.

Tarix
2018.05.16 / 12:53
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla