Yuxarı

Kamal Abdulla Türkiyə səfiri ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoralla görüşüb.

Universitetdən Axar.az-a verilən məlumata görə, qonağı salamlayan rektor K.Abdulla E.Özoralı ADU-da görməkdən məmnun olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfrans haqqında məlumat verən K.Abdulla konfransın bölmə iclaslarının Türkiyənin Atatürk və Ərciyəs universitetlərində də yüksək səviyyədə baş tutduğunu bildirib, qardaş ölkəyə minnətdarlığını çatdırıb. K.Abdulla Türkiyə universitetləri ilə ADU arasında əlaqələrin daha da güclənməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacib olduğunu deyib.

K.Abdulla Ə.Özoralı “Səfir saatı” layihəsi çərçivəsində ADU tələbələrinə mühazirə deməyə dəvət edib.

Yüksək qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkürünü bildirən səslənən təklifləri müsbət qarşıladığını söyləyib, əlaqələrin daha da güclənməsi üçün mühüm addımlar atmağın vacibliyindən danışıb, münasibətlərin daha yüksək səviyyəyə çatması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

Tarix
2018.05.16 / 15:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla