Yuxarı

Bolqar rəsmisi Azərbaycan dilində danışdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Sofiya şəhərində yerləşən “Vrana” park-muzeyində Azərbaycandan gətirilmiş 3 şərq çinarı ağacı əkilib.

Axar.az xəbər verir ki, ağacəkmə mərasimində Sofiya şəhərinin meri Yordanka Fandıkova, Bolqarıstan Respublikasının Xarici İşlər Nazirinin müavini Yuri Şterk və turizm nazirinin müavini İrena Georgiyeva, BR Xalq Məclisinin deputatı Andon Donçev, BR Prezidentinin müşavirləri və müxtəlif nazirliklərin nümayəndələri, səfirlər və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Bolqarıstanın xarici işlər nazirinin müavini Y.Şterk cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bolqarıstan ilə Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 26 illiyinin qeyd olunduğunu iştirakçıların diqqətinə çatdıraraq, ölkələr arasında əlaqələrin dostluq ruhunda yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.

Çıxışı zamanı Y.Şterk tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarının Azərbaycan dilində səsləndirməsi dövlətçilik ənənələrimizə hörmət əlaməti kimi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sonda çıxış edən səfir Nərgiz Qurbanova çinar ağaclarının iki ölkə arasında dostluq rəmzi olaraq Azərbaycan üçün tarixi yubileylərlə fərqlənən məhz 2018-ci ildə əkilməsinin xüsusi önəm daşıdığını vurğulayıb.

Tarix
2018.05.16 / 18:16
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla