Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 May 2018


Alpinistlər belə tapıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:34

İtkin düşmüş alpinistlərin meyiti Quba rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.

APA-nın məlumatına görə, yaxın saatlarda alpinistlərin meyiti Bakıya göndəriləcək.

Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil veriləcək.

Xilasedicilərin sözlərinə görə, meyitlər təxminən 2800-2900 hündürlükdə olan ərazidə 4 m dərinlikdə aşkarlanıb. Alpinistlərin çadırda olduqları zaman uçquna düşdükləri ehtimal olunur.

***

Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüş zamanı itkin düşən alpinistlərin meyitlərinin tapılması istiqamətində aparılan əməliyyatların detalları məlum olub.

Məlumata görə, itkin düşən şəxslərin hər üçünün meyiti çadırda aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin komandiri, axtarışlara cəlb olunan qrupun rəhbəri Toğrul Mehdiyev bildirib ki, bir neçə gün öncə müəyyən ipucuları tapılmışdı. Məhz bundan sonra bütün güclər həmin istiqamətə yönəldildi. Onun sözlərinə görə, axtarışlara kinoloji xidmətinin xüsusi təlim görmüş itləri cəlb olunub.

“Təxminən 100:120 m olan ərazi idi. Əvvəllər 13-14 metr olan qar hazırda 4-6 metr olardı. Axtarışlar o istiqamətdə yönəldildi və gücləndirildi. 2 gün ərzində aparılan axtarışlar nəticəsində tapıldılar. Təxminən 2800-2900 metr hündürlükdə, 4 metr qar uçqunu olan ərazidə aparılan qazıntılar nəticəsində cəsədlər çadırda tapılıb. Birinci Babur, ikinci Fəridə, sonra isə Namin tapılıb. Hamısı istirahətdə olduqları zamanı güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb”, deyə Toğrul Mehdiyev bildirib.

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

***

Quba rayonunda qar uçqunu altında qalan alpinistlərdən birinin meyiti ailəsinə təhvil verilib.

Report xəbər verir ki, “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib.

F.Cəbrayılzadənin meyiti dəfn edilməsi üçün Bakıya gətirilir.

***

Alpinistlərin meyitləri ekspertizadan sonra ailələrinə təhvil verilib.

Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində ekspertizadan keçirilib.

Müayinələrdən sonra meyitlər ailələrinə təhvil verilərək dəfn üçün Bakıya göndərilib.

Məlumatda qeyd edilir ki, meyitlərin ilkin müayinəsi zamanı heç bir xəsarət halları aşkar edilməyib. Ekspertizanın yekun nəticələri isə laborator müayinələrdən sonra bəlli olacaq.

Tarix
2018.05.17 / 11:00
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanda dəhşətli qəza: 2 ölü, 1 yaralı

Bu uşaqların vaxtından əvvəl I sinfə qəbulu dayandırılır

Nazirlik xahiş etdi: Bu kəpənəyi görsəniz… - Foto

Minaaxtaranlarla yoxlanış: “28 Mall”da nələr baş verir?

“Bakı ilə əməkdaşlıqda maraqlıyıq” - Foto

Zakir Həsənov şəhidimizi təltif etdi

Bu nazirlik indi adam balası kimi işləyir - Deputat

Məmmədyarov yeni müavinini təqdim etdi

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq

Bu yolda hərəkət məhdudlaşdırılacaq – Diqqət

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla