Yuxarı

Kəmalə Ağazadəyə qarşı daha bir ittiham: İnsan alveri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluq, rüşvət vermə, rüşvət verməyə təhrik etmə və digər cinayətlərdə ittiham olunan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Kəmalə Ağazadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Daha sonra zərərçəkmiş Həcər Kəngərli ifadə verib. O, ifadəsində Kəmalə Ağazadəyə qarşı daha bir iddia qaldırıb. O deyib ki, Kəmalə Ağazadə onun övladını abort etdirib: “Kəmalə xanım insan alverinə qarşı mübarizə apardığını deyir. Amma mənim özüm, övladım insan alverinin qurbanı olub. Mənim övladım abort edilərək tələf olub. Bunun səbəbkarı və günahkarı da Kəmalə Ağazadədir”.

Təqsirləndirilən şəxs Kəmalə Ağazadə isə zərərçəkmişin dediklərini qəbul etməyib.

Kəmalə Ağazadənin vəkili Aqil Layıcov zərərçəkmişin bu iddiasının araşdırılması üçün xüsusi qərar çıxarılmasını istəyib.

Hakim isə bildirib ki, bu işin hazırda araşdırılan cinayət işi ilə heç bir əlaqəsi yoxdur, bu səbəbdən araşdırıla bilməz.

Daha sonra Həcər Kəngərli 3600 manatı Kəmalə Ağazadəyə verməsindən danışıb. Qeyd edib ki, Kəmalə Ağazadənin təşkilatında layihədə işləyib, həmin layihənin uzadılması üçün Səhiyyə Nazirliyinə rüşvət veriləcəyini deyib: “Biz də bu işdən maaş aldığımız üçün istənilən məbləği verdim”.

Digər zərərçəkmiş Mahirə Sadıqovanın sözlərinə görə, Kəmalə Ağazadənin rəhbərlik etdiyi təşkilatda sosial işçi, daha sonra isə psixoloq kimi işləyib. O, Kəmalə Ağazadəyə 2100 manat verdiyini, həmin pulun Səhiyyə Nazirliyinə rüşvət kimi veriləcəyini söyləyib.

Təqsirləndirilən Kəmalə Ağazadə bildirib ki, Mahirə Sadıqova və həyat yoldaşı Dadaş Əhmədov uzun illər onun yanında işləyib. Onun sözlərinə görə, daha sonra onları işdən uzaqlaşdırıb.

İttihama görə, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edərək özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib. O, həmçinin, vətəndaşları rüşvət verməyə təhrik edib.

Kəmalə Ağazadə 1998-ci ilin oktyabrından “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri vəzifəsində işləyib.

O, Səhiyyə Nazirliyi ilə “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epitemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” layihəsinin tətbiqi üçün əməkdaşlıq edib. Bu məqsədlə 2015-ci ilin avqustun 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb.

İddiaya görə, həmin müqavilənin müddəti bitdikdən sonra Kəmalə Ağazadə onlara bildirib ki, Səhiyyə Nazirliyində işləyən aidiyyəti vəzifəli şəxsə rüşvət verməklə, əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına nail olacaq və onlarla yenidən xidmət müqaviləsi bağlayacaq. Kəmalə Ağazadə 2015-ci ilin sentyabr və oktyabr ayında “Azərbaycan Uşaqları” İctimai Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600, Mahir Bayramovdan 2100 və Mahirə Sadıqovadan isə 2100 manat alıb. O, ümumilikdə 7800 manat məbləğində pul alaraq, özünün şəxsi ehtiyaclarına xərcləyib.

Kəmalə Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanı tərəfindən Kəmalə Ağazadənin barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib. O, həbs edilməyib.

Tarix
2018.05.17 / 12:06
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla