Yuxarı

Bakı meri Məlahət Rəhimovanı işdən azad etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən jurnalist Aynur Elgünəşin "Qafqazinfo"da araşdırma yazısı dərc olunmuşdu. "Uşaq bağçasında rüşvət skandalı" başlıqlı həmin yazıda Bilgəh qəsəbəsində yerləşən 281 saylı uşaq bağçasının müdirəsi rüşvət almaqda ittiham olunurdu. Eyni zamanda bağçadakı anti-sanitariya, uşaqların krandan su içməsi video-materiallar formasında təqdim olunurdu.

Onu da deyək ki, material saytımızda yerləşdiriləndən sonra sözügedən bağçanın müdirəsi Məlahət Rəhimova redaksiya ilə əlaqə saxlayaraq barəsində deyilənləri təkzib etmiş, bunu böhtan adlandırmışdı.

İndicə aldığmız xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün gözlənilmədən 281 saylı bağçaya gedib. Bakı meri bağçanın tərbiyəçisi olmuş Sevinc Ağazadəni də qəbul edib. Sevinc Ağazadə saytda işıqlandırılan faktların həqiqət olduğunu təsdiqləyib və şikayətini yazılı şəkildə təqdim edib. Sevina Ağazadə "Qafqazinfo"ya bunları deyib: "Faktlar araşdırılması üçün Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərildi və Hacıbala müəllim bağçanın müdirəsi Məlahət Rəhimovanı işdən azad etdi. Mənim də sənədlərim yoxlanılması üçün Bakı şəhər İcra Hakimiyyətinə göndərildi".

Söylənilənləri M.Rəhimova da təsdiqləyib: "Hacıbala müəllim məni işdən çıxartdı. Bağçada yoxlamalar başlayıb. Hələ başıma nə gələcəyini bilmirəm. Görək də nə olur".

Tarix
2013.11.28 / 15:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla