Yuxarı

Gömrüklə bağlı yeni qayda: Avtomobilin məlumatları...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs aşağıdakılar barədə məlumatları kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına əvvəlcədən təqdim edəcək.

Report xəbər verir ki, bu barədə “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na edilən dəyişiklikdə deyilir.

Nazirlər Kabinetinin etdiyi dəyişikliyə görə, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 17.1-ci bəndində “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilib.

İndi gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs aşağıdakı hallarda məlumatları kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına əvvəlcədən təqdim etməli olacaqlar:

- nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;

- nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;

- nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;

- təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;

- mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;

- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

- Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs:

- nəqliyyat vasitəsi gömrük ərazisinin müəyyən olunmuş gömrük sahəsinə daxil olarkən, daxilolma haqqında məlumatı gömrük orqanlarına təqdim etməlidir;

- gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən icazə verilənədək heç bir şəxsin nəqliyyat vasitəsini tərk etməsinə və ya oraya daxil olmasına imkan verməməlidir;

- nəqliyyat vasitəsinin gömrük sahəsi daxilində hərəkəti, malların nəqliyyat vasitəsindən boşaldılması, heyətin və başqa şəxslərin nəqliyyat vasitəsindən düşürdülməsi barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.

Tarix
2018.05.18 / 01:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla