Yuxarı

Pişik balalarını İrana aparan şəxs sərhəddə tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

DSX-nın Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, dünən saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd naryadı tərəfindən saxlanılıb.

Sərhəd pozucusunun tutulduğu əraziyə baxış keçirilərkən qutuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olunub.

Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik balalarını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2018.05.18 / 13:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla