Yuxarı

"Azersell" karyera sərgisində: Son yeniliklər... - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

24 illik fəaliyyəti ərzində tələbələrin və məzunların əmək bazarına çıxışına, gənclərin məşğulluq probleminin həllinə dəstək olan "Azersell" ölkəmizdə keçirilən Karyera sərgilərində iştirakını davam etdirir. Şirkətin İnsan Qaynaqları Departamentinin və Müştəri Kanallarının İdarə Edilməsi Departamentinin əməkdaşları məzunların və yuxarı kurs tələbələrinin işgüzar mühitə inteqrasiyasına kömək məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Azərbaycan Universitetində təşkil olunan növbəti karyera sərgilərinə qatılıb.

Axar.az xəbər verir ki, sərgi iştirakçılarına şirkətdə mövcud olan vakansiyalar, təcrübə və təqaüd proqramları təqdim edilib, kadrların seçilməsi, işə qəbul prosesi haqqında suallar cavablandırılıb. Yüzlərlə gənc üçün təcrübə proqramları, yeni iş imkanları açan sərgidə iştirakçılar "Azersell"in təqdim etdiyi son yeniliklər və xidmətlər barədə məlumatlandırılıb. "Azersell"in stendinə yaxınlaşan tələbə və məzunlara şirkət tərəfindən hədiyyələr də təqdim olunub.

Məlumat üçün bildirək ki, ölkəmizdə təşkil olunan karyera sərgilərinin məqsədi tələbələri və şirkət nümayəndələrini bir araya gətirərək onlar arasında əlaqə yaratmaq və gənc kadrları potensial işəgötürənlərə daha yaxın etməkdir.

Qeyd edək ki, ACT beynəlxalq araşdırma və məsləhətçi şirkətinin apardığı araşdırmalara əsasən ən yaxşı maaş və yüksək iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlar üzrə "Azersell" ölkəmizdə 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olunub. Mobil operatorlar arasında isə "Azersell" ən yaxşı işəgötürən şirkətdir. Eyni zamanda, Ernst & Young Azerbaijan şirkətinin tədqiqatları tələbə və peşəkar heyətin seçiminə əsasən Azercell-i ölkədə ən yaxşı 10 işəgötürən şirkətdən biri elan edib. Qeyd edək ki, "Azersell" ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azersell" Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan "Azersell"in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi "Azersell"in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azersell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə "Azersell" ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azersell" şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. "Azersell" ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Tarix
2018.05.19 / 22:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla