Yuxarı

Bu nazirlik indi adam balası kimi işləyir - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz qeyri-neft sektoru, nəqliyyat, kənd təsərrüfatını inkişaf etdirməliyik. Bu istiqamətdə işlər görülməkdədir.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanov deyib. C.Qurbanov bildirib ki, hökumətin tərkibi cavanlaşdığından, idarəetməyə də yanaşma dəyişməkdədir:

“Onlar effektiv işləməyə başlayıb. Vergilər Nazirliyində ciddi dəyişikliklər baş verib və bu quruma xeyli cavan kadr cəlb olunub. Məhz bunun nəticəsidir ki, artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər. Burada fiziki şəxslərdən verginin yığılmasında problemlərin olduğu dilə gətirildi. Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq. Odur ki, mən vergi sisteminin daha da yumşaldılmasını təklif edirəm”.

O əlavə edib ki, hamı vergi vermək istəyir: “Vergi sistemini yumşaltmaq lazımdır. Vergilər yumşaldılarsa, vergi yığımı daha yüksək olar”.

Məmurların fəaliyyətinə toxunan C.Qurbanov deyib ki, yaxşı fəaliyyət göstərmək üçün ölkə başçısına düzgün məlumat verilməlidir.

“Bu gün ölkədə nəqliyyat sahəsinin inkişaf etdirilməsi üçün infrastruktur yaradılır. Gömrük Komitəsinə yeni rəhbərliyin təyinatından sonra bu sahədə də müsbətə doğru ciddi dəyişiklik baş verib. Ümumiyyətlə, maliyyədən düzgün istifadə edilməlidir. Çünki Maliyyə Nazirliyi bir kassadır. Ora nə qədər vəsait daxil olacaqsa, nazirlik də o formada bölüşdürəcək. Odur ki, Allah bizə insaf versin ki, maliyyədən düzgün istifadə edək”

Tarix
2018.05.22 / 13:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla