Yuxarı

Nazirlik xahiş etdi: Bu kəpənəyi görsəniz… - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran ərazisində "Qırmızı Kitab"da qeydiyyatda olan maxaon kəpənəyi aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı Lənkəran rayon ərazisində, Hirkan Milli Parkına yaxın şəxsi təsərrüfat sahələrində naməlum kəpənəklərin tırtılları aşkar edilib. Onun maxaon kəpənəyinin (popilio machaon L.) tırtılları olduğu məlum olub.

Bu kəpənək daha çox Rusiyanın Volqoqrad əyalətində, Cənub-Şərqi İspaniya, İtaliya, Cənubi Fransa, Yunanıstan, Cənubi Qafqaz, İran, Kiçik Asiya, Orta Asiyanın cənub-qərbi, Naxçıvan MR ərazisinin Araz çayı vadisindən başlayaraq dəniz səviyyəsindən 1750 m-ə qədər yüksəkliyi olan dağlarda geniş yayılıblar.

Nazirlik maxaon kəpənəyinin nadir növ olduğunu nəzərə alaraq, həyətyanı sahələrdə bu kəpənəyin tırtıllarını müşahidə edən vətəndaşlardan xahiş edir ki, tırtıllar tərəfindən vurulan ziyanın qarşısını almaq məqsədilə onları əl ilə ehtiyatla yığaraq sahələrdən kənarda təbiətə buraxsınlar.

Tarix
2018.05.22 / 14:51
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla