Yuxarı

Şanlıurfada Azərbaycan bulvarı açılacaq - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Şanlıurfa Böyükşəhər bələdiyyə başçısı Nihat Çiftçi ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə millət vəkilinin Şanlıurfada Azərbaycan adını daşıyan bir bulvar və mərkəzi küçənin açılması ilə bağlı təklifi müsbət qarşılanıb.

Bələdiyyə başqanına bu duyarlılığına görə təşəkkürünü bildirən deputat bu addımın bütün türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Nihat Çiftçi Q.Paşayevanın Şanlıurfada Qarabağ parkı və abidəsinin açılması təklifinin də qısa zamanda reallaşağını bildirib.

Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaşlaşması məsələsini də gündəmə gətirib.

Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini deyən bələdiyyə başqanı qardaş bələdiyyələr məsələsi ilə bağlı da addımların atılacağını bildirib.

Q.Paşayeva yaxın günlərdə Azərbaycanda “Qarabağdan Şanlıurfaya könül körpüsü” adlı tədbirin keçiriləcəyini qeyd edərək bələdiyyə başqanını Azərbaycana dəvət edib.

Millət vəkili həmçinin Vanın bir sıra dövlət rəsmiləri və təşkilat rəhbərləri ilə də görüşüb və Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib.

Tarix
2018.05.23 / 15:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla