Yuxarı

FHN işçiləri AXC üçün toplandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib.

FHN-dən Axar.az-a verilən məlumata görə, Fövqəladə Hallar nazirinin müavini - tibb xidməti general-leytenantı Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxsləri, qurumlarda fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salaraq, deyib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətində irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv edilib, bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub, qadınlara kişilərlə bərabər seçki hüququ verilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı qəbul olunub, himni və gerbi hazırlanıb.

Natiq vurğulayıb ki, Azərbaycanın bolşevik işğalı nəticəsində endirilib və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağımız yalnız Heydər Əliyevin Vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başlayıb. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyləri haqqında verdiyi məlum sərəncamları isə Cümhuriyyətin tariximizdəki mövqeyinə verilən böyük dəyərin real nümunəsidir.

Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxış edərək Cümhuriyyətin 100 illiyi ilə bağlı fikirlərini bildirib, bu əlamətdar tarixin əhəmiyyətindən danışıb.

Etibar Mirzəyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələri ümummilli liderin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirilib. E. Mirzəyev qeyd edib ki, Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətinin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən həmkarlar ittifaqına yaxından göstərdikləri diqqət və qayğıya görə Fövqəladə Hallar Nazirliyi Aparatının bir qrup Baş İdarə və idarə rəisləri, bir sıra qurum və regional mərkəzi rəisləri, həmçinin nazirliyin aparatı və qurumlarında çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş 100 nəfər əməkdaş fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Tarix
2018.05.23 / 17:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla