Yuxarı

Sosial şəbəkələrdə məşhurlaşan müəllim polisə çağırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə məşhurlaşan tarix müəllimi Həbib Əlizadə polisə çağırılıb.

Axar.az xəbər verir ki, gənc müəllim Feysbuk hesabında məktəb direktorunun ondan polisə şikayət etdiyini bildirib.

H.Əlizadə sosial şəbəkədə bildirib:

"Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov məni polisə şikayət edib. Bir neçə saat bundan öncə Lənkəran şəhər Polis Şöbəsindən mənə zəng edildi və mənim haqqımda məktəb direktoru tərəfində təqdimat verilərək şikayət edildiyi bildirildi. Mən şok oldum.

Səbəbini soruşdum. Dedilər uşaqları icazəsiz Bakıya ekskursiyaya aparırsan. Əslində isə vəziyyət belədir: Demək, şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılmaq istənilirdi.

Əgər yerli təhsil idarəsi icazə verib tədbirlər planını təsdiq etsəydi, gəzinti olacaqdı. Əks hada gəzinti olmayacaqdı. Bu. sadəcə, hələ bir ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Çünki gəzinti hələ təşkil olunmayıb və bu sadəcə ideya idi. Təsəvvür edirsizmi ki, tarixi gəzinti ideyasına belə mane olurlar?!

Məlumat üçün deyim ki, indiyədək gördüyümüz bütün tədbirləri Təhsil Nazirliyinin, yerli təhsil idarəsinin icazəsi ilə etmişik. Fəalliyyətlərimə görə 2 fevral Gənclər Günü ilə bağlı cənab nazir Ceyhun Bayramov tərəfindən təltif olunmuşam. Bu gün isə 2-ci Qrant müsabiqəsinin qalibi olmuşam.

Məlumat üçün deyim ki, məktəbdə baş verən bir çox problemlər və çatışmazlıqlar haqda çox vaxt yazmazdım. Mümkün qədər həllinə çalışardıq. Direktordan şəxsim üçün deyil, məktəblə bağlı müəyyən istəklərim olub və beləliklə, arzuolunmaz müəllim elan olunmuşam.

Fikrimcə, artıq məktəbdə işləməyimi istəmirlər. Halbuki direktorun özünə belə işlərinə şəxsən kömək etmişəm. İndi isə direktor mənə iftira atır, məni ləkələyir. İndiyədək heç bir zaman polis orqanlarında şikayət edilən kimi iştirakım olmayıb, heç piyada kimi də qayda pozuntusu mənə yazılmayıb.

Sabah isə 11:30-da Lənkəran Polis Şöbəsində olacam”.

Tarix
2018.05.23 / 23:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla