Yuxarı

Qafqaz İslam Ordusu Azərbaycan sərhədlərini...- Səfir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar fotosərgi açılıb.

APA-nın məlumatına görə, 40-a qədər fotonun yer aldığı sərgi Mədəniyyət Nazirliyi, Türkiyə səfirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bakı Türk Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında bildirib ki, Osmanlı İmperiyası 1918-ci ildə ölüm-qalım mücadiləsində olsa da, azərbaycanlı qardaşlarından gələn yardım çağırışını geri çevirməyib: “Qısa müddətdə Qafqaz İslam Ordusu toplanaraq Azərbaycana gəldi. Ordu Bakını işğaldan azad etməklə ən böyük zəfərini qazandı. Bu zəfər Azərbaycanın azadlığının, bugünkü sərhədlərinə qovuşmasının yolunu açdı. Türkiyə kənarında ən böyük şəhidlik və şəhid məzarlığımızın olduğu ölkə Azərbaycandır. Bu gün Azərbaycanın hər bölgəsində şəhidimiz var. Hansı tərəfə gedirsiniz gedin, hər gen yeni məzar tapılmaqdadır. Bunun təməl bir səbəbi var: Azərbaycan bizim də vətənimizdir. Necə ki Anadolu, Türkiyə sizin vətəninizdir. Bizlər dünyada Azərbaycan kimi güclü qardaşımızın olmağından qürur hissi keçiririk, şərəf duyuruq. Biz bir yerdə daha güclüyük, bir yerdə daha irəliyə gedirik”.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, sərgi iki xalqın tarixinin gözəl nümunəsidir və üç mövzuya həsr olunub: “Hər üçü özlüyündə böyük tədqiqatların elmi mövzusudur. Cənab prezidentin sərəncamı ilə bütün ölkədə müxtəlif mövzularda Cümhuriyyətin 100 illiyi qeyd olunur. Qısa müddət ömrü olan Cümhuriyyət dövründə Azərbaycanda ilk dövlət universiteti, ilk muzey yaradılıb, qadınlara ilk səsvermə hüququ da Cümhuriyyətin bizə qoyduğu irsdir. Cümhuriyyətin böyük fədailəri tərəfindən irəli sürülən bu təşəbbüslər müasir Azərbaycanın tarixində də müstəsna rol oynayır”.

Tədbir çərçivəsində İstiqlal Muzeyinin yeni təmir olunmuş “Cümhuriyyət zalı”nın açılışı da olub. Yeni qurulmuş zalda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini özündə əks etdirən 70-dək foto, sənədli materiallar və muzeyə hədiyyə olunan üçrəngli bayrağımızın ideya müəllifi Əli bəy Hüseynzadənin şəxsi əşyaları nümayiş etdirilir.

Tarix
2018.05.24 / 19:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla