Yuxarı

Uşaqları 6 yaşında məktəbə göndərmək olarmı? - Üç psixoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların da məktəbə qəbul edilməsi təklif edilir. Yəni dekabrın sonuna qədər 6 yaşı tamam olan uşaqlar da artıq məktəbə qəbul edilə bilər.

Bəs görəsən uşaqların 6 yaşı tamam olmadan məktəbə qəbul edilməsi onların psixologiyasında hansı problemlərə yol aça bilər?

Məsələ ilə Axar.az-a danışan psixoloq Gülnar Orucova hesab edir ki, uşağın məntiqi təfəkkürü və təfəkkürün analizi yoxlandıqdan sonra məktəbə qəbulu məqbul sayıla bilər:

“Bir sıra ölkələrdə məktəbə qəbul edən zaman uşaqların yaşını deyil, psixoloji və pedaqoji cəhətdən inkişafını nəzərə alırlar. Bizdə isə yalnız yaşa önəm verirlər. Məktəbə hazır olan uşaq o demək deyil ki, hərfləri bilməli, misalları həll etməlidir. Məktəbə qəbul zamanı uşaqların məntiqi nəzərə alınmalıdır. Hərdən elə uşaqlara rast gəlirəm ki, uşaq bir sıra bacarıqlara sahibdir, amma “neçə qulağın və ya neçə gözün var” sualına cavab verəndə çaşır. Bəzən uşaqda məntiqi təfəkkür olsa da, təfəkkürün analizi zəif olur. Məsələn, fincanı soruşduqda onun fincan olmasını deyə bilir, amma nədən hazırlanmasını - analizini yox. Hesab edirəm ki, IQ səviyyəsi yüksək olan, amma yaşları tamam olmayan uşaqların məktəbə qəbul edilməməsi doğru addım deyil”.

Psixoloq Könül Telmanqızı bildirib ki, 6 yaşına çatmamış uşaq diqqətini toplaya bilmirsə və qavrama qabiliyyəti zəifdirsə, onun məktəbə qoyulması düzgün deyil:

“Elə uşaqlar ki, 4 yaşındadır, amma 6 yaşında olan uşaqların bildiyini bilir. Ona görə də məktəbə qəbul zamanı uşağın məntiqi, dünyagörüşü, zəkası və qavrama qabiliyyəti nəzərə alınmalıdır. 6 yaşına çatmış uşaq diqqətini toplaya bilmirsə, qavraya bilmirsə, onu məktəbə qoymaq olmaz. Bu zaman uşaqlar travma ala bilərlər. Uşaqlar məktəbə hazır olmayanda ağlamağa başlayırlar, məktəbə getmək istəmirlər. Almaniyanın Münhen Lüdviq-Maksimilian Universiteti apardığı araşdırma zamanı uşaqların erkən yaşda məktəbə başlamasının onlarda diqqət dağınıqlığının yaranmasına səbəb olduğunu ortaya çıxarıb”.

Psixoloq Səbinə Bayramova isə uşaqların məktəbə qəbulu zamanı olanların neçənci ayda da olmasının önəm kəsb etdiyini bildirib:

“Psixoloji baxımdan uşaq məktəbə 72 ayını tamamlayan zaman qəbul oluna bilər. Uşaqlar üçün nəzərdə tutulan xüsusi zəka, IQ testləri var ki, bu testlərdə uşaqların doğulduğu il, ay nəzərə alınmalıdır. Qız uşaqları oğlan uşaqlarına nisbətən daha tez inkişaf edir, ona görə də qızları 6 yaşı tamam olmadan da məktəbə qoymaq olar. Uşaqlar arasında yaş fərqi onların aktivliyinə və qavrama qabiliyyətinə təsir edəcək. Bu da onu basqı altına salacaq. Özündən güclüləri görəcək, istədiyi kimi özünü ifadə edə bilməyəcək, özgüvəni sarsılacaq və bu kimi problemlər baş qaldıracaq”.

Tarix
2018.05.25 / 01:02
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla