Yuxarı

Los-Ancelesdə ADR-in 100 illiyi qeyd olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə mayın 23-də keçirilən tədbirdə 400-dən çox qonaq, o cümlədən Azərbaycan icmasının üzvləri, Kaliforniya ştat rəsmiləri, Dövlət Departamentinin nümayəndələri, müxtəlif xarici ölkələrin Los-Ancelesdə akkreditə olunmuş baş və fəxri konsulları, seçkili orqanların üzvləri, tanınmış elm və mədəniyyət xadimləri, o cümlədən Hollivud aktyoru Çiç Marin (Cheech Marin), jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.

Konsulluqdan Axar.az-a verilən məlumata görə, tədbir Azərbaycan və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev hər kəsi bu xüsusi və möhtəşəm yubiley mərasimində görməkdən çox məmnun olduğunu bildirib. O, 100 il əvvəl, 28 may 1918-ci il tarixində Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən baş konsul bu gün Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini, qlobal önəmə malik enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırıb. N.Ağayev Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini bildirib. Azərbaycan və ABŞ arasında münasibətlərin ADR nümayəndə heyətinin Prezident Vudro Vilson ilə 1919-cu ildə Parisdə keçirdiyi görüşdən öz başlanğıcını götürdüyünü qeyd edən baş konsul bu gün bu əlaqələrin ortaq dəyərlərə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Sonra çıxış edən Kaliforniya Ştat senatoru Coş Nyuman ADR-in 100 illiyinə həsr olunmuş bu əlamətdar yubiley mərasimində iştirakdan şərəf duyduğunu bildirərək, Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını bu gözəl gün münasibətilə təbrik edib. Azərbaycan-ABŞ dostluğunu və tərəfdaşlığını yüksək qiymətləndirdiyini qeyd edən senator Azərbaycanın regionda və dünyada mühüm rol oynadığını və iki dövlət arasındakı münasibətlərin qarşıdakı illərdə daha da güclənəcəyinə ümid etdiyini bildirib. Senator Nyuman ADR-in 100 illiyi ilə əlaqədar Kaliforniya Senatı adından müvafiq təbriknaməni baş konsul Nəsimi Ağayevə təqdim edib.

Sonra Nevada ştatının Las-Veqas şəhərinin Protokol ofisinin rəhbəri Geyl Anderson və Kaliforniyanın Monterey Şəhər Şurasının sabiq üzvü Nensi Selfric çıxış edərək, bu tarixi yubiley münasibətilə Nevada ştatının qubernatoru Brayan Sandoval, Las Veqas şəhərinin meri Karolin Qudman və Monterey şəhərinin meri Klayd Roberson tərəfindən imzalanmış təbrik bəyannamələrini baş konsul N.Ağayevə təqdim ediblər.

Bundan başqa qeyd olunub ki, bu yubiley münasibətilə Kaliforniya ştatının qubernatoru Cerri Braun, Kaliforniyanın Qərbi Hollivud, Yorbal Linda və Salinas şəhərləri, Nyu Meksika ştatının Santa Fe və Albukerke şəhərləri və Los-Anceles vilayətinin Nəzarətçilər Şurası tərəfindən imzalanmış müvafiq təbrik bəyannamələri də Baş Konsulluğa göndərilib.

Tədbir azərbaycanlı gənc vokalist Nail Qurbanovun ifasında Azərbaycan musiqisindən nümunələr və rəqs ustaları, əməkdar artist Namus Zöhrabov, Olqa Zöhrabova və Ləman Musayevanın ifasında Azərbaycan rəqsləri ilə davam edib. Qonaqlar həmçinin Azərbaycan mətbəxinin müxtəlif təamları ilə tanış olublar.

Tarix
2018.05.25 / 10:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla