Yuxarı

Kəmalə Ağazadənin evinə ilanı kim atıb? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.05.26. 11:35

Bunu edən insan yad biri deyil. Yaxşı bilir ki, mən ilandan dünyada heç nədən qorxmadığım qədər qorxuram. Əminəm ki, bunu kimsə bilərəkdən edib. Evə girib ilanı yerdə görəndə dəhşətə gəldim, özümdən getdim qorxudan.

Bu sözləri Axar.az-a hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə evinə içalatı çıxarılmış koramal atılması barədə danışarkən deyib.

K.Ağazadə bildirib ki, hadisə 2-3 gün öncə baş verib. Sadəcə qohumları, ailəsi narahat olmasın deyə, bu barədə heç yerdə bildirməyib:

"Hadisə gecə saat 11 radələrində olub. Evim birinci mərtəbədədir. Həmçinin evdə pişiyim olduğuna görə pəncərəni açıq qoyuram ki, mən olmadığım müddətdə həyətə çıxa bilsin, bütün gün evdə qalmasın. Axşam saatlarında işdən evə gələndən sonra pişiyin mətbəxdə qəribə, gərilmiş formada dayandığını gördüm. Baxdım ki, yerdə hərəkətsiz formada nə isə var. Yaxınlaşıb baxanda dəhşətə gəldim, inanın, huşumu itirdim. Bir az sonra özümə gəlib qonşumu çağırdım ki, köməkli halda onu evdən çıxaraq. Qonşum gəldi, birgə götürüb onu evdən çıxarb atdıq.

Parçalanmış vəziyyətdə idi. Əvvəlcə elə bildim koramal evə girib, pişik onu parçalayıb. Ancaq pişik onu elə parçalasaydı, öz üstü də batmış olardı. Pişiyim uzun illərdir mənimlədir. Heç vaxt hansısa heyvana toxunduğunu, ümumiyyətlə, belə bir şey etdiyini görməmişəm. Vəhşi və aqressiv pişik də deyil".

K.Ağazadə bunun ona qarşı edilmiş təxribat olduğu fikrindədir. Ona görə hadisədən sonra sığınacaqdakılara ehtiyatlı olmağı tapşırıb:

"Mən tam əminəm ki, bunu bilərəkdən ediblər və bilərək evimə atıblar. Yəqin ki, elə ölmüş vəziyyətdə atılıb. Çünki üstü bərbad və kəsilmiş formada idi. Həmin hadisənin səhəri işdəkilərə ehtiyatlı olmağı tapşırdım. Evimə belə bir şey atan insan, kim bilir, mənim iş yerimdə köməksiz uşaqlara nələr edər".

K.Ağazadə hadisədən sonra stress keçirdiyi üçün hüquq-mühafizə orqanlarına müraciət etməyib:

"Düzü, o qədər qorxmuşdum ki, ağlıma gəlmədi polisə müraciət edim. Sonradan düşündüm ki, bu xəbər yayılsa, qonşular da təşvişə düşər. Ancaq fikirləşirəm ki, elə əvvəlcədən polisə bu barədə məlumat verməliydim. İndi də gec deyil. Məhkəmədə bu barədə bildirəcəm və araşdırılmasını xahiş edəcəm".

Hüquq müdafiəçisinin sözlərinə görə, bunu edən şəxs onu yaxından tanıyan biridir:

"Mənim bu günə qədər heç kəslə heç bir problemim olmayıb. Hətta bu 3 ildə Həcər Kəngərliyə qoşulub iddia qaldıran insanlar belə o insanın qurbanlarıdır. Mənə heç kəs tərəfindən heç vaxt təzyiq olmayıb. Qonşularımla belə ailə kimiyik, dostuq. Qohumlarım arasında da elə bir insan yoxdur ki, problem yaşayım. Qadınlarla, uşaqlarla işlədiyim halda həmişə sinəmi qabağa verib onları müdafiə etmişəm.

Ancaq bunu edən adam mənim ilandan necə qorxduğumu bildiyi üçün belə bir addım atıb. Bəzi insanlar olur ki, deyir filan insanı bitirəcəm. Bunu edən şəxs də sanki qarşısına məqsəd qoyub ki, Kəmalə Ağazadəni bitirsin. İnsanı bitirməyin bir üsulu da budur".

Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin və sığınacağının sədri Kəmalə Ağazadənin evinə içalatı çıxarılmış koramal atılması barədə məlumatı ilk olaraq bir vaxtlar Uşaqlar Birliyində koordinator kimi çalışan Vasif Akifli yayıb.

Tarix
2018.05.27 / 00:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla