Yuxarı

ABŞ Aya yeni ekspedisiyalar göndərir: əsas vəzifə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) ölkədə kosmik şirkətlərlə əməkdaşlığı daha da genişləndirmək məqsədilə 2019-cu ildən etibarən Aya pilotlu kosmik gəmi göndərməyə hazırlaşır.

Axar.az xəbər verir ki, ilk mərhələdə Aya bir neçə robot ekspedisiyası, ikinci mərhələdə isə pilotlu kosmik gəmi göndərilməsi nəzərdə tutulur. Birləşmiş Ştatlar Yerin təbii peykinə sonuncu dəfə 1972-ci ildə astronavt göndərib.

NASA-nın məlumatında bildirilir ki, astronavtların qarşısına qoyulmuş əsas vəzifə Ayın səthində ABŞ astronomlarının gələcək kəşfləri üçün texnoloji avadanlığın quraşdırılmasıdır. Agentliyin təmsilçisi Dennis Andruyçik bununla bağlı deyib: “Gələcəkdə ticarət məqsədilə Aya daşıma xidmətlərinin həyata keçirilməsi üçün kosmik gəmilərin enmə zolaqları ilə bağlı elmi məlumatlar əldə ediləcək. Beləliklə, NASA Ayda olan şəraiti daha yaxşı öyrənəcək”.

ABŞ-ın vitse-prezidenti Mayk Pens ötən il bildirib ki, Ayda sadəcə ayaq izləri buraxmaq və bayraq sancmaq yetərli deyil. Yerin təbii peykini daha yaxşı tədqiq etmək üçün yeni ekspedisiya göndərilməlidir.

Tarix
2018.05.27 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla